“Turan Tovuz”da yeni hücumçu
02.08.2022 - 15:44
“Turan Tovuz” daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib.
Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, hücumçu Natan Oduva tovuzlularla anlaşıb.
26 yaşlı forvard yeni komandası ilə 1 illik müqavilə bağlayıb. Son olaraq “Şamaxı”da çıxış edən futbolçu “Tottenhem”in yetirməsidir.
Qeyd edək ki, Natan Oduva karyerası ərzində “Luton” (İngiltərə), “Kolçester” (İngiltərə), “Piterboro” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Olimpiya” (Sloveniya), “Hapoel” (İsrail), “Dandolk” (Şimali İrlandiya) və “Veyle” (Danimarka) komandalarının da şərəfini qoruyub.
- Millimiz Ermənistanı məğlub edərək qrup lideri oldu
- Stolüstü tennisçilərimiz “WTT Youth Contender” turnirini 3 medalla başa vurub
- Avropa birinciliyinin mükafatçısı Azərbaycan çempionatına qələbə ilə başladı
- Millimizin sabiq futbolçusundan Almaniyada növbəti qol
- Dieqo Forlan tennis turnirində iştirak edəcək
0
0