“Turan Tovuz” klubu yeni tərəfdaşlıq müqaviləsi imzalayıb.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi “PeakEye Group” şirkəti ilə rəsmi əməkdaşlığa başlayıb.
Müqavilənin imzalanması ilə bağlı keçirilən tədbirdə klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev sazişin maliyyə dəyərinin 2 milyon dollar olduğunu açıqlayıb.
O bildirib ki, tərəfdaşlıq çərçivəsində əldə olunacaq vəsait klubun infrastrukturunun yaxşılaşdırılmasına, akademiyanın ehtiyaclarının qarşılanmasına və əsas komandanın gücləndirilməsinə yönəldiləcək.
Mərasimdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlığı Azərbaycan idmanı üçün əlamətdar hadisə adlandırıb:
“Ümid edirəm ki, futbolumuzda və ümumiyyətlə idmanımızda sponsorların sayı daha da artacaq”.
Ehtiram Quliyev isə müqavilənin yalnız “Turan Tovuz” üçün deyil, bütövlükdə Azərbaycan futbolu baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
- "Qalatasaray" Torreyra ilə yeni müqavilə imzalayıb
- Mateuş Silva: “Oyun fəlsəfəmiz hamıya bəllidir”
- Azərbaycan Karate Federasiyasının rəhbərliyi millinin üzvləri və məşqçilərlə görüş keçirib
- Tahir Gözəl: “Qarabağ” tayı-bənzəri olmayan gözəl hekayəyə sahibdir”
- Rəşad Əzizli: "Niyə klubsuz qaldığımı anlamıram"