"Turan Tovuz"un legioneri əməliyyat olunub
07.01.2025 - 11:14
"Turan Tovuz" klubunun futbolçusu Roderik Miller əməliyyat edilib.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Menisk yırtığı diaqnozu qoyulan oyunçu artroskopik diz əməliyyatı olunub. Klub rəhbərliyi və həkimlərin icazəsi ilə müdafiəçinin əməliyyatı vətəni Panamada, milli komandasının həkimlərinin nəzarəti altında gerçəkləşib.
Millerin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- Ramin Musayev: “Qurban Qurbanov “Lex”in adını “lox” elədi” - MÜSAHİBƏ
- Ançelottidən 100-cü qələbə - Çempionlar Liqasında
- Norveçli hücumçu “Fənərbaxça”dan vaxt istəyib
- "Neftçi"nin sabiq futbolçusu "Xankəndi"də
0
0