Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə Türkiyəyə yollanacaq "Turan Tovuz"un yoxlama görüşlərindəki rəqibləri bəlli olub.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, yanvarın 17-dək Antalyada hazırlığını davam etdirəcək “Turan Tovuz” ilk yoxlama oyununa 9 yanvar tarixində çıxacaq. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq.
Hazırlıq çərçivəsində növbəti oyunlar isə 15 yanvar tarixində keçiriləcək. Həmin gün baş məşqçi Ayxan Abbasov 2 oyunda komandasını sınaqdan keçirəcək.
Günün ilk oyununda Tovuz təmsilçisi Macarıstanın “Şiofok” komandası ilə qarşılaşacaq. İkinci oyunda isə rəqib Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq.
- Azərbaycanlı hakimlər beynəlxalq oyunlara təyinat aldılar
- Krunoslav Renduliç: “Səmimi desək, "Zirə" heç bir fürsət yaratmadı”
- Samir Abasov: "Macarıstana yaxşı motivasiya ilə gəlmişik"
- III MDB Oyunları: Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
- Kəmalə Əsgərova EEVZA çempionatında hakimlik edəcək