U-15 və U-16 Liqasında pley-offun püşkü atılıb
28.04.2025 - 19:55
U-15 və U-16 Liqasında pley-offun püşkü atılıb

AFFA U-15 və U-16 Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində baş tutan tədbirdə 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

Həmçinin iştirakçı komandaların yarımfinaldakı potensial rəqibləri də bəlli olub.

U-15 Liqası, 1/4 final
“Sumqayıt” – “Qəbələ”
“Araz-Naxcivan” – “Qarabağ”
“Neftçi” – “Zirə”
“Vətən” – “Sabah”

U-16 Liqası, 1/4 final
“Qarabağ” – “Sabah”
“Lion” – “Sumqayıt”
“Zirə” – “UGİM Şərur”
“Səbail” – “Neftçi”