U-19 millimiz Türkiyə ilə üz-üzə
07.06.2024 - 13:04

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün ikinci oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, millimiz Türkiyənin U-20 komandası ilə qarşılaşacaq. Bender şəhərinin “Dinamo” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, U-19 turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz son matçını iyunun 10-da, saat 20:30-da Moldovanın U-19 kollektivinə qarşı keçirəcək.
- “Neftçi” Almaniyada turnirə qələbə ilə başladı
- Azərbaycanda transfer pəncərəsinin vaxtı açıqlandı
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- Kazanda keçirilən beynəlxalq multi-idman oyunlarının açılış mərasimi keçirilib
- Moyeslə "Vest Hem" rəhbərliyi arasında problem
0
0