U-19 millimiz Türkiyəyə böyük hesabla uduzdu
07.06.2024 - 20:36

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, millimiz Türkiyənin U-20 komandası ilə qarşılaşıb.
Bender şəhərinin “Dinamo” stadionunda baş tutan görüş Türkiyə kollektivinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz son matçını iyunun 10-da, saat 20:30-da Moldovanın U-19 kollektivinə qarşı keçirəcək.
- Türkiyədə skandal: Komanda yoldaşını vurdu, qırmızı aldı - video
- Gimnastlarımız beynəlxalq yarışda iştirak edəcəklər
- Son Azərbaycan çempionu məğlubiyyətlə başladı - FOTOLENT
- Kurban Berdıyev: “Əsas odur ki, səhvlər bilərəkdən olmasın”
- Sənan Qurbanov: “Mahir üçün həyəcan siqnalı çalınmalıdır” - MÜSAHİBƏ
0
0