UEFA-dan klublarımıza ödəniş
15.07.2025 - 15:36
UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində "Qarabağ" istisna olmaqla, Azərbaycanın 9 klubuna ödəniş edib.
Apasport.az xəbər verir ki, 2024/2025 mövsümü üçün ayrılan 1 milyon 279 min avro AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
Beləliklə, "Neftçi", "Səbail", "Qəbələ", "Sumqayıt", "Sabah", "Araz-Naxçıvan", "Zirə", "Turan Tovuz" və "Kəpəz" klublarının hər birinə 142 min 111 avro çatıb.
- Mərakeş kralı futbolçulara mükafatlarını təqdim etdi
- ATF: Kişi və qadınlardan ibarət milli komandalara məşqçi təyinatları
- Avropa çempionatında yığmamızın ən reytinqli şahmatçısı Rauf Məmmədov olacaq
- Murat Sancak: “Məni nə Ali Koç, nə də Türkiyənin ən zəngin adamı ala bilər”
- Lui van Qal rekorda şərik oldu
0
0