UEFA-dan “Qarabağ”a 1,3 milyon avro
06.11.2023 - 15:00
UEFA Azərbaycan çempionu “Qarabağ”a növbəti ödəniş edib.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Təmsilçimizin büdcəsinə Avropa Liqasının qrup mərhələsində qazandığı iki qələbə üçün vəsait daxil olub. Ağdam klubu həm də turnirdə iştirakla əlaqədar bonus alıb.
UEFA tərəfindən kluba 1 milyon 320 min 105,00 avro ayrılıb. Bu maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.
- İdman və Sosial Media: İdmançıların Digital Dünyada Yüksəlişi
- Klub direktoru xəstəxanaya yerləşdirildi, matç təxirə salındı
- "Zirə" Tovuzda qalib gəldi, "Qəbələ" Bakıda büdrədi - YENİLƏNİB
- Ruslan Abışov: "Neftçi"dən getdiyimə görə peşman olduğumu hər dəfə demişəm" - Müsahibə
- Taqir Ulanbekovdan çətin qələbə
0
0