UEFA-dan Tural Qurbanova növbəti təyinat
06.07.2026 - 15:25
FIFA referisi Tural Qurbanov növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, azərbaycanlı hakim UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Deçiç” (Monteneqro) – “Liepaya” (Latviya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
İyulun 15-də Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
- Azərbaycan Premyer Liqasında dövrənin son oyunlarının cədvəli
- Françesko Kalzona: “Ukrayna millisi FİFA reytinqində bizdən 20 pillə irəlidədir“
- Varan Danimarka ilə oyuna hazırdır
- Əfran İsmayılov: "Qarabağ" cütün taleyini səfərdə həll edə bilər" - MÜSAHİBƏ
- Rövnəq Abdullayev: "Kral öldü, yaşasın yeni kral"
0
0