UEFA Ermənistan Futbol Federasiyasına intizam işi açdı
15.09.2023 - 10:44
UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
Apasport.az saytının xəbərinə görə, buna Avropa çempionatının İrəvanda keçirilən Ermənistan – Xorvatiya oyununda xoşagəlməz hadisələr səbəb olub.
Federasiya stadionda ictimai keçidlərin bağlanmasında, oyun zamanı siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham olunub.
Həmçinin qarşılaşmada pirotexniki vasitələrdən istifadə edilib və matç vaxtında başlamayıb.
Qeyd edək ki, Ermənistanın Xorvatiyaya 0:1 hesabı ilə uduzduğu görüşündə dronla qondarma rejimin əski parçası da qaldırılıb.
- Almaniya millisinin sabiq üzvü Renat Dadaşovun komanda yoldaşı olub
- APA 19 yaşında!
- Türk güləşçiyə Azərbaycan bayrağını dalğalandırmağa icazə verilmədi - VİDEO
- Millimizin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri açıqlandı
- Valdas Dambrauskas: "İmişli"nin nə düşündüyü bizim üçün önəmli deyil“
0
0