UEFA reytinqi: "Qarabağ" ilk 100-lükdə
02.06.2025 - 13:13

UEFA klubların reytinq cədvəlini açıqlayıb.
Apasport.az xəbər verir ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” 32 000 xalla 69-cu sırada qərarlaşıb.
Avropa Liqasında mübarizə aparacaq “Sabah” 4000 xalla 319-cu, Konfrans Liqasında yarışacaq “Zirə” isə eyni xalla 318-cidir.
Avrokuboklardan kənar qalan “Neftçi” 8000 xalla 187-ci pillədə qərarlaşıb.
“Qəbələ” 3000 xalla 337, “Şamaxı” 2500 xalla 338-ci sırada göstərilib.
Qeyd edək ki, siyahıya 143500 xalla “Real” başçılıq edir. Çempionlar Liqasını qazanan PSJ 118500 xalla 5-ci pillədə qərarlaşıb.
0
0