Qubada keçirilən "Ulduz Cup" beynəlxalq turniri davam edir.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə keçirilən oyunlarda “Sabah” (Azərbaycan) “Paxtakor”a (Özbəkistan) 0:1 hesabı ilə məğlub olub.
“Neftçi” (Azərbaycan) “Şaxtyor Qaraqanda” (Qazaxıstan) ilə 1:1 hesablı heç-heçə edib. “Qarabağ” (Azərbaycan) “Dinamo Tbilisi”yə (Gürcüstan) 0:2 hesabı ilə uduzub. “İstanbul Başakşəhər” (Türkiyə) isə “Bunyodkor”u (Özbəkistan) 2:0 hesabı ilə məğlub edib.
Günün digər qarşılaşmalarında isə “Ulduz” FA (Azərbaycan) “Trabzonspor məktəbi”nə (Türkiyə) 0:2, “Aspire Akademiyası” (Qətər) isə “Sduşorsi”yə (Qırğızıstan) 0:2 hesabı ilə uduzub.
Turnirdə 7 ölkədən 12 komanda 3 qrupda mübarizə aparır. "A" qrupunda “Ulduz” FA (Azərbaycan), “Trabzonspor məktəbi (Türkiyə), “Sduşorsi” (Qırğızıstan), “Aspire Akademiyası” (Qətər), "B" qrupunda “Qarabağ” FK (Azərbaycan), “Dinamo Tbilisi” (Gürcüstan), “İstanbul Başakşəhər” FK (Türkiyə), “Bunyodkor”(Özbəkistan), "C" qrupunda “Sabah” FK (Azərbaycan), “Paxtakor” FK (Özbəkistan), “Neftçi” PFK (Azərbaycan), “Şaxtyor Qaraqanda” (Qazaxıstan) qüvvəsini sınayacaq.
Qeyd edək ki, turnirin final görüşü avqustun 28-də baş tutacaq.
- "Kəpəz"in baş məşqçisi: "Hədəf mehriban kollektiv yaratmaqdır" - MÜSAHİBƏ
- “Neftçi”də 4 itki - ”ZİRƏ” ilə matçda iştirak edə bilməyəcəklər
- Rəşad Sadıqov: "İlk qırmızı vərəqə bütün oyunu dəyişdi"
- “Neftçi”nin “Beşiktaş”la oyunlarının vaxtı açıqlandı - yer dəyişdirildi
- Millimiz Hindistanı darmadağın edib