Van Deykin durumuna aydınlıq gəldi
04.01.2023 - 17:23
“Liverpul”un futbolçusu Vircil van Deykin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, niderlandlı müdafiəçinin yanvarın sonunadək sıradan çıxdığı gözlənilir.
O, Premyer Liqanın XIX turunun “Brentford”la görüşündə zədələnib. Vircil matçı davam etdirə bilmədiyi üçün fasilədə əvəzlənib.
Qeyd edək ki, “Liverpul” bu qarşılaşmada 1:3 hesabı ilə uduzub.
- Valdas Dambrauskas: “Bu, bizim üçün həyəcan siqnalı olmalıdır”
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- "Bavariya" keçmiş futbolçusunu komandanın başına gətirmək istəyir
- "Zirə"nin aşağı yaş qruplarının üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
- Yevlaxda aləm bir-birinə dəydi
0
0