Misli Premyer Liqası təmsilçilərindən "Sabah" baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, mütəxəssis bununla bağlı bir sıra açıqlamalar verib:
“Baş məşqçi kimi debüt etmək imkanı yaratdığı üçün “Sabah” Futbol Klubuna səmimi təşəkkürümü bildirirəm. Mövcud vəziyyətdə göstərilən etimada və anlayışa görə klub rəhbərliyinə minnətdaram. Komandaya və klubun bütün əməkdaşlarına peşəkarlığa və görülən işə görə təşəkkür edirəm. Futbolçulara isə sərgilədikləri misilsiz fədakarlığa görə ayrıca minnətdaram. Və əlbəttə, azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Amma bu – həyatdır. Təəssüf ki, ailəvi şəraitlə bağlı vəzifəmi klub üçün bu qədər sevincli bir anda tərk etmək məcburiyyətindəyəm. Komandanın bir hissəsi olduğuma və bu çoxdan gözlənilən kuboku bölüşmək imkanına görə sevincliyəm.”
- Tərlan Quliyev: “Millinin formasını vətəninə sevgisi olanlar geyinməlidir” - MÜSAHİBƏ
- UFC Fight Night Baku: Tahir Abdullayev ilk, Rafael Fiziev son döyüşə çıxacaq
- “Əl-Nəsr” Jezuşla bağlı qərarını verdi - RƏSMİ
- AFFA Premyer Liqa hakimləri üçün seminar keçirib
- Elmar Baxşıyev: "Futboldan uzaqlaşmaq mümkün deyil" -Açıqlama