“Qələbə qolunu vura bildiyim üçün xoşbəxtəm”.
Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Viktoriya” klubunun futbolçusu Yan Kliment Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Plzendəki görüşün ikinci hissəsində meydana daxil olan və qələbə topunu vurduqdan dərhal sonra əvəzlənən Çexiya millisinin hücumçusu meydanda güclə qaldığını bildirib: “Qoldan təxminən üç dəqiqə əvvəl qapıçıya tərəf qaçanda əzələm yırtıldı. Qaça bilmirdim, amma əvəzlənmək üçün kənara işarə verməyə vaxtım yox idi. Əvəzləmə işarə etməyə hazırlaşırdım, amma elə oldu ki, ondan əvvəl gözləmədiyim halda top önümə düşdü və qol vurdum”.
Qeyd edək ki, komandalar arasında Bakıdakı ilk oyunda 0:0 hesabı qeydə alınıb. “Viktoriya” mübarizəni Çempionlar Liqasının, “Qarabağ” isə Avropa Liqasının qrupunda davam etdirəcək.
- “Sərhədçi”nin legioneri: "Azərbaycanda yeməklərin dadına baxdım və..."
- Qurban Qurbanov: "Mentalitet Avropada oynamağa imkan vermir"
- Qurban Qurbanov: "İnanmıram ki, mənə AFFA-nın vitse-prezidenti postu təklif edilsin"
- Vladimir Voskoboynikov: “Estoniya və Azərbaycan millilərinin şansı bərabərdir”
- Kamal Umudlu və Fəridə Lütfəliyeva UEFA kursunda iştirak edəcək