"Visla"nın sabiq müdafiəçisi “Səbail”də
26.07.2023 - 14:15
Transfer çalışmalarını davam etdirən "Səbail" heyətinə daha bir futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, Bakı klubu Adi Mehremiçi transfer edib.
31 yaşlı bosniya və herseqovinalı müdafiəçi "Səbail"ə azad agent kimi keçib. Onun son klubu "İstanbulspor" olub.
Qeyd edək ki, müdafiəçi karyerası ərzində "Velej Mostar", "Seniça", "Jelezniçar", "Karpatı", "Aveş", "Visla" (Krakov), "Makkabi” (Petah Tikva) kimi klublarda oynayıb.
- Azərbaycan milli komandasına yeni idman direktoru təyin edildi
- AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib
- Güləşçimiz Kaspiyskdə bürünc medal qazanıb
- Qurban Qurbanov: "Bu uğuru tək biz yox, xalqımız da gözləyirdi"
- Emin İmaməliyev: “Nəriman və Musa heç bir legioner forvardan aşağı səviyyədə deyil”
0
0