"Vugar Gashimov Open"in qalibi bəlli olub
01.08.2025 - 17:19
"Vugar Gashimov Open"in qalibi bəlli olub

Əhməd Əhmədzadə "Vugar Gashimov Open" şahmat turnirinin qalibi olub.

Apasport.az xəbər verir ki, o, 9 tur davam edən yarışda 8 xal toplayıb.

Hərəyə 7,5 xala malik Tunar Davudov ikinci, Murad İbrahimli isə üçüncü olublar.

Qeyd edək ki, "Vugar Gashimov Open" turniri Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən “Chess Tour Azerbaijan” layihəsinə daxil edilib.