“Boluspor”un futbolçusu Vüsal İsgəndərli yeni sezona fərqli komandada başlaya bilər.
Apasport.az saytına verilən məlumata görə, ona Azərbaycandan da təkliflər gəlib.
Hətta “Kəpəz” onu qış transfer pəncərəsi zamanı heyətinə qatmaq istəyib.
Amma İsgəndərli sonda “Boluspor”da qalmaq istəyib.
Azərbaycan millisinə də ara-sıra cəlb edilmiş vingerin hazırda variantları az deyil.
Ona Albaniyanın “Partizani” klubu, həmçinin Türkiyə 1-ci Liqasında yarışan digər komandalar da maraq göstərir. İsgəndərlinin yeni sezona yeni komandada başlamaq ehtimalı daha böyükdür.
O, mövsümün sonuna yaxın yeni komandası ilə bağlı qərarını verəcək.
29 yaşlı futbolçunun “Boluspor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2024-cü il yanvarın 11-dən I Liqa klubunda çıxış edir.
İsgəndərli karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə”, “Keşlə”(indiki “Şamaxı”), “Keçiörengücü”, “Sumqayıt”, “Eqnatiya” klublarında oynayıb.
- “Yay transfer pəncərəsi”nin vaxtı bəlli olub
- "Bavariya" prezidenti: "Mövsümü Tuxellə başa vurmaq istəyirik"
- Güləşçimiz erməni rəqibini məğlub etdi - DÜNYA ÇEMPİONU OLDU
- III MDB Oyunları: Azərbaycan çövkən üzrə millisi yarışa inamlı qələbə ilə başladı
- “Turan Tovuz”un kapitanı: “Hər kəs əlini daşın altına qoymalıdır”