Vüsal qol vurdu, komandası qalib gəldi - VİDEO
14.12.2025 - 15:34
Vüsal qol vurdu, komandası qalib gəldi - VİDEO

Albaniya Superliqasında 16-cı turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” evdə “Flamurtari”ni 2:1 hesabı ilə məğlub edib. 

İsgəndərli 90 dəqiqə meydanda olub. O, 33-cü dəqiqədə komandasının ilk qolunu vurub.

“Partizani” hazırda 23 xalla turnir cədvəlində 6-cı pillədədir.