Vyanada qolsuzluq
21.07.2022 - 22:57
“Neftçi”nin Konfrans Liqasındakı mümkün rəqibləri arasında ilk oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, Avstriyada yerli “Rapid” Polşa təmsilçisi “Lexiya”nı qəbul edib.
“Aris” – “Neftçi” cütünün qalibinin rəqibi olmaq üçün mübarizə aparan komandaların dueli qolsuz başa çatıb. Hər iki komanda rəqib qapısı önündə qol epizodları yaratsa da, hesab açılmayıb.
Qeyd edək ki, II təsnifat mərhələsinə iyulun 28-də yekun vurulacaq. III təsnifat mərhələsi isə avqustun 4-də və 11-də baş tutacaq.
- "Araz-Naxçıvan"ın kapitanı: "Mənim üçün meydanda rəqibin kimliyi önəm daşımır"
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Napoli" sanki ələ salıb: "Qalatasaray"a növbəti şərt
- "Arsenal" - "Atletiko" matçında Almaniyalı hakimlər
- MLS hakimlərinin tətil hədəsi
0
0