"Bayer 04"ün baş məşqçisi Xabi Alonso gələcək karyerası ilə bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis Leverkuzen klubu ilə işləməyə davam edəcəyini bildirib:
"Bayer 04" rəhbərliyi ilə yaxşı görüş keçirdim və onlara klubda qalacağımı və işimi davam etdirəcəyimi söylədim. Uzun müddət gələcəyim haqqında danışdıqdan sonra düşünmək və qərar vermək üçün fasilə verdim. Mənim yerim buradır.
"Bayer 04"dəki işim hələ bitməyib. Mən kluba kömək etmək, oyunçuların inkişafında iştirak etmək istəyirəm. Burada idarə heyəti əladır, hər şey fantastikdir. Mən hələ də gənc məşqçiyəm, amma düşünürəm ki, bu, gələcəyim üçün ən yaxşı qərardır".
- "Araz-Naxçıvan"ın futbolçusu: “Ümid edirəm, Neftçi bu dəfə də ədalətsizlik etməz”
- Rəşad Sadıqov: "Rəhimi cəzalandırmaq barədə düşünəcəyəm" - VİDEO
- “Mançester Yunayted” müdafiəçisini icarəyə verdi
- "Tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar"
- Eberl transfer planını açıqladı – "Bavariya"da ayrılıqlar olacaq