Yığmamız “Dalğa Arena”da uduzdu
27.03.2023 - 20:17
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Bakıda təlim-məşq toplanışını başa vuran yığmamız Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə görüşüb.
Matç “Dalğa Arena”da baş tutub. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində 49-cu dəqiqədə Sənan Ağalarov fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 0:0 hesabı ilə başa çatıb.
- Jorj Kaşkilya: “Sabah” yüksək pressinq göstərirdi, amma biz fiziki cəhətdən hazır idik"
- Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib
- “Qalatasaray” Gündoğan transferini bitirmək üzrədir
- "Azərreyl"in finaldakı rəqibi müəyyənləşdi - YENİLƏNİB
- “Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub
0
0