Yığmamız Qazaxıstanla qarşılaşacaq
24.10.2025 - 12:24
Yığmamız Qazaxıstanla qarşılaşacaq

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq görüşünü keçirəcək.

Apasport.az xəbər verir ki, yığmamız Qazaxıstanla qarşılaşacaq.

Çimkənd şəhər stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.