Yığmamızda 261-ci futbolçu
20.11.2022 - 18:26
Azərbaycan millisində debüt gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, Ceyhun Nuriyev ilk dəfə ölkəmizin əsas komandasında forma geyinib.
“Sabah”ın yarımmüdafiəçisi yoldaşlıq görüşündə Şimali Makedoniya önünə 68-ci dəqiqədə meydana çıxıb. Ceyhun yığma tarixinə 261-ci kimi düşüb. Bunadək 285 matça çıxan millidə 260 futbolçu forma geyinib.
Qeyd edək ki, dörd gün əvvəl Moldova ilə yoldaşlıq görüşündə də (2:1) müdafiəçi Bəxtiyar Həsənalızadə millidə debüt edib.
- "Neftçi" - "Qarabağ" oyununun hakim təyinatları bəlli oldu
- Motta Bundesliqa klubuna rəhbərlik edə bilər
- Danimarka millisinin AVRO-2024 üçün heyəti açıqlandı
- Milliləşdirilmiş legionerimiz: “Rusiya pasportu ilə komanda tapmaq daha asan olardı” - MÜSAHİBƏ
- "Qarabağ" – "Qalatasaray" oyununa bütün ucuz biletlər satıldı
0
0