Yığmamızdan dünya çempionatına vida
23.11.2022 - 22:24
Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma 1/4 finalda İspaniya seçməsi ilə üz-üzə gəlib.
İlk görüş 2:2 hesabı ilə başa çatsa da, ikinci qarşılaşmada rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Azərbaycan millisi mundialla vidalaşıb.
Qeyd edək ki, dünya çempionatı noyabrın 25-də başa çatacaq.
- “Beşiktaş” Salih Özcan üçün hərəkətə keçdi - 3,5 milyon avro maaş
- Rusiyada oynamış azərbaycanlı futbolçulardan ibarət simvolik “11-lik”
- Kamerun Braziliyaya qalib gəldi, İsveçrə də 1/8 finalda - YENİLƏNİB
- Sərxan Həşimov ECU vitse-prezidentliyinə namizəd oldu
- "Roma" "Real"ın sabiq baş məşqçisi ilə danışıqlar aparır
0
0