Yunanıstan klubu Gənclər Liqasının qalibi oldu
23.04.2024 - 11:51

"Olimpiakos" UEFA Gənclər Liqasının qalibi olub.
Apasport.az xəbər verir ki, Pirey təmsilçisi finalda "Milan"la qarşılaşıb.
Matç yunanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Olimpiakos"un qollarını Kristos Mouzakitis, Antonios Papakanellos və Teofanis Bakulas vurub.
Matç İsveçrənin Nyon şəhərindəki "Kolovray" stadionunda keçirilib.
Qeyd edək ki, “Olimpiakos” bu mövsüm Gənclər Liqasının II təsnifat mərhələsində “Qəbələ”ni turnirdən kənarlaşdırmışdı. Qəbələdə 3:0 qalib gələn yunanlar, evdə də 4 cavabsız qolla qazanmışdı.
- “Qarabağ” “Top-60”da: “Fiorentina”ya çatdı, “Qalatasaray”a bir addım qaldı
- Turin təmsilçisi türkiyəli futbolçusunu satmayacaq
- Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatdı
- Yay Olimpiya Oyunlarında Türkiyə üçün tarixi medal
- Marakvelidze: “Neftçi”yə qarşı bir saniyə belə rahat olmamalısan” - MÜSAHİBƏ
0
0