Misli Premyer Liqasının XI turunda dünən “Bakcell Arena”da “Sabah”la keçirilən oyunun ilk hissəsində zədələnən “Neftçi”nin futbolçusu Yusuf Laval “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Apasport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Bununla bağlı hətta klubun baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib: “Sınığı və daxili orqanlarda zədəsi yoxdur. Sadəcə, möhkəm əzildiyi üçün ağrı hiss edir. Ağrısı azalsa, artıq komandanın növbəti məşqində iştirak edə biləcək”.
Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
- Azərbaycan savat millisi beynəlxalq turnirdə 4 medal qazanıb
- "Qalatasaray" Muslera ilə prinsipial razılıq əldə edib
- Konfrans Liqası: “Fənərbaxça”nın rəqibi bəlli oldu - YENİLƏNİB
- Vadji “Qarabağ”la vidalaşdı: “Böyük macəra idi”
- Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb