Zamiqin komandası bir xalla kifayətləndi
                    
                    26.10.2024 - 12:24
                        
                    
                    Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Dinamo”nu qəbul edib. Matç bərabərliklə başa çatıb – 1:1.
Zamiq bu matçda start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
“Eqnatiya” 10 turdan sonra 16 xalla ikinci sıradadır.
                                
                                0
                                
                                0