"Zirə" azarkeşlər üçün nəqliyyat vasitələri təmin edəcək
17.07.2024 - 22:05

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” (Moldova) oyununa gəlmək istəyən azarkeşlərin daşınması üçün klub tərəfindən nəqliyyat vasitələri təmin ediləcək.
Apasport.az xəbər verir ki, nəqliyyat vasitələri 18 iyul saat 17:30-dan 18:00-dək metronun “Koroğlu” stansiyasından “Dalğa Arena”ya yola düşəcək.
Qeyd edək ki, "Zirə" - "Şerif" qarşılaşması sabah saat 20:00-da start götürəcək. Komandalar arasında Moldovada keçirilən ilk görüş Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
- Azərbaycanlı funksioner Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində fəaliyyət göstərəcək
- “Fənərbaxça” “Liverpul”un hücumçusunu istəyir
- İspaniya millisinin üzvü sıx qrafikdən narazıdır
- Paris-2024: 7 idmançımız və basketbol millimiz mübarizəyə başlayır
- Ruslan Lunyov növbəti dəfə fəxri kürsüdə yer alıb
0
0