“Zirə” “Havr”ın futbolçusunu transfer etdi
02.08.2023 - 17:03
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Salifu Sumanı Fransanın “Havr” klubundan transfer edib.
19 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qvineyadan olan futbolçu karyerası ərzində ölkəsinin “Kalum”, Fransanın “Bastiya” və “Havr” klublarının şərəfini qoruyub.
- “Zirə” – “Araz-Naxçıvan” matçının vaxtı açıqlanıb
- Millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxacaq
- Boksçumuz finalda erməni rəqibini məğlub etdi, qızıl medal qazandı
- Çempionlar Liqası: Təmsilçimiz növbəti qələbəsini qazanıb
- Olimpiada start götürdü – Azərbaycanın iki komandası qələbə ilə başladı
0
0