"Zirə" hücum xəttini yeni futbolçu ilə gücləndirəcək.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi ötən mövsümü "Turan Tovuz"da keçirmiş Paçu Lira ilə anlaşmaq istəyir.
Braziliyalı hücumçu özü də bu komandada oynamağa razıdır. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir. Əgər bütün detallarda razılıq əldə olarsa, Paçu "Zirə"də oynayacaq.
28 yaşlı hücumçu karyerası ərzində “Trofense”, “Boavişta”, “Botafoqo”, "Santa-Kruz" klublarında oynayıb. Onun "Zirə"yə keçidinin Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "DAK 1904" ilə oyunlardan sonra reallaşacağı gözlənilir.
- Okan Buruk liderini İspaniyada tapdı
- “Apasport”un baş redaktoru ilin jurnalisti seçilib
- Adil Şükürov: "Mənim üçün Premyer Liqada qalmaq önəmlidir"
- Saldanya: "Çalışacam ki, "Neftçi"də hücumçu narazılığına son qoyum"
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"