“Qermanştadt” yay təlim-məşq toplanışı zamanı “Zirə” ilə yoxlama görüşü keçirəcək.
Apasport.az xəbər verir ki, bu barədə Rumıniya klubu məlumat yayıb.
Bildirilib ki, Türkiyədə yay hazırlığına başlayan komanda Boluda 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Rumınların 2-ci rəqibi məhz Bakı təmsilçisi olacaq. Lakin matçın keçiriləcəyi gün və başlayacağı saat hələ bəlli deyil.
Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Zirə” iyunun 24-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. Baş məşqçi Rəşad Sadıqov qardaş ölkədə iki yoxlama görüşünün keçirilməsini nəzərdə tutub.
Qeyd edək ki, “Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə üz-üzə gələcək. İsrail təmsilçisi ilə matçlar iyulun 21-də və 28-də olacaq.
- Təbriz Həsənov: "Azərbaycan Kubokunun sahibi elə "Qarabağ" olacaq" - Müsahibə
 - "Araz-Naxçıvan" "Kəpəz"lə sülhə razılaşdı- YENİLƏNİB
 - "Bu xəbərlərin şayiədən başqa heç bir əsası olmayacaq" - "Neftçi"dən bəyanat
 - Millimizin Monteneqro ilə oyun üçün heyəti açıqlanıb
 - “Real” “Barselona” ilə xal fərqini 1-ə endirib