Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyunları keçirilib.
Apasport.az xəbər verir ki, təmsilçimiz "Zirə" Moldovanın "Şerif" klubunu qəbul edib.
Oyunun əsas vaxtı "Şerif"in 1:2 hesablı qələbəsi ilə başa çatıb. Əlavə vaxtda hesab dəyişməyib. Penaltilər seriyasında "Şerif" 5:4 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Təmsilçimiz isə mübarizəyə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam edəcək. Paytaxt klubu "Dunayska Ştreda" (Slovakiya) ilə üz-üzə gələcək. Komandalar arasında ilk oyunu iyulun 25-də Bakıda, cavab matçı 1 həftə sonra Slovakiyada olacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
18 iyul
20:00. Zirə - Şerif
20:00. "Zirə" - "Şerif" - 1:2
Penaltilər: 4:5
Qol: Rafael Utziq, 5 (1:0), Əyyub Allaş, 54 (1:1), Papa Yade, 77 (1:2)
Qırmızı vərəqə: Salifu Suma, 40 ("Zirə")
Baş hakim: Bulat Sariyev (Qazaxıstan)
Dalğa Arena
"Zirə": 1. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsizni, 4. Ruan Renato, 70. İssa Cibrilla, 19. Salifi Suma, 21. Hacıağa Hacıyev, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 90. Davit Volkov, 23. Rafael Utsiq
Baş məşqçi: Rəşad Sadıqov
"Şerif": 16. Raşed Əl-Tumi, 8. Joao Paulo Fernandeş, 33. Mateus Lins, 50. Jokelin Behiratçe, 66. İlunqa Pata, 18. Mussa Kyabu (k), 3. Nana Kvame Boakye, 10. Sedrik Badolo, 69. Peter Ademo, 90. Papa Ndiaqa Yade, 9. Ayak Riak
Baş məşqçi: Yuriy Hura
- Sərxan Əliyev Avropa Oyunlarında yarımfinala yüksələ bilmədi
- Azərbaycan Boks Federasiyası və AHİTA arasında əməkdaşlığa dair görüş keçirilib
- “Mançester Siti”nin futbolçusu "Mançester derbisi"ni buraxacaq
- FİF-in icraçı direktoru: "Zaqatala"nı dayanıqlı biznes strukturuna çevirmək istəyirik"
- “Qarabağ” Masazırda xal itirdi - YENİLƏNİB