"Zirə" və "Araz"ın Kadiri mübarizəsi
24.01.2024 - 20:57

“Zirə” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi yarımmüdafiənin mərkəzinə “Dinamo”nun (Kiyev) sabiq üzvü, hazırda “Araz-Naxçıvan”ın futbolçusu Mohammad Kadirini istəyir.
“Araz-Naxçıvan”ın onu qışda buraxmayacağı bildirilir. “Zirə” ən yaxşı halda Kadirinin keçidini yayda həll etməyə çalışacaq. Amma Naxçıvan təmsilçisi özü də, qanalının müqavilə müddətini artırmağı planlaşdırır.
Qeyd edək ki, 27 yaşlı futbolçu “Austriya”, “Dinamo”(Kiyev), “Arsenal”(Tula), “Çernomorets”, “Honved” komandalarında oynayıb.
- Nazir: “Azərbaycanda klubların sayının artması üçün çalışmalıyıq”
- Ramos Premyer Liqa yolunda
- Çingiz Hüseynzadə: “Bütün olimpiyaçılarımızdan yaxşı nəticələr gözləyirik"
- Ülviyyə Fətəliyeva: “Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq...”
- Qadın Basketbol Liqasında ikinci mərhələ yekunlaşıb - FOTO
0
0