“Zirə” yarımfinalda uduzdu, 3-cü yer uğrunda oynayacaq
09.09.2023 - 13:09

Rumıniyanın Oradea şəhərində minifutbol üzrə EMF Çempionlar Liqasında yarımfinal oyunları keçirilib.
Apasport.az saytı xəbər verir ki, “Zirə” finala gedən yolda Monteneqronun “Sabornoq Hrama” komandası ilə qarşılaşıb.
Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Elşad Quliyevin yetirmələri 3-cü yer uğrunda matçda Rumıniyanın AEK klubunu sınağa çəkəcək.
Qeyd edək ki, Çempionlar Liqasında digər təmsilçimiz “Birbaşa Bakı” 1/4 finalda mübarizəni dayandırıb. Onların yolunu isə AEK kəsib.
- VIII Beynəlxalq İdman Oyunlarında 8 atletimiz mübarizə aparacaq
- "Neftçi" axtardığı müdafiəçini Rumıniyada tapdı - ÖZƏL
- Boks Federasiyasının rəsmiləri Naxçıvanda məşqçilərlə görüşüb
- Cüdo hakimləri üçün növbəti praktiki seminar təşkil olunub - FOTO
- Həndbol üzrə Azərbaycan çempionatında iki oyun keçirilib
0
0