
İyunun 13-dən təlim-məşq toplanışına start verən “Zirə”nin hazırlıq planı bəlli olub.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi ayın 23-nə qədər məşqlərini Bakıda keçəcək.
Bir gün sonra Türkiyəyə yola düşəcək “qartallar” Bolu şəhərində “Vonresort” otelində məskunlaşacaq. “Zirə” bu müddətdə iki yoxlama oyunu keçirəcək. İyulun 7-də Bakıya dönəcək bakılılar Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Təl-Əviv “Makkabi”si ilə oyunlara son hazırlıq mərhələsini burada keçirəcək.
Qeyd edək ki, "Zirə" ilə "Makkabi" arasında oyunlar iyulun 21-də və 28-də keçiriləcək.
- "Santos" darmadağın oldu: Neymar gözyaşlarını saxlaya bilmədi - VİDEO
- Rumıniyalı məşqçi: “Petresku heç vaxt “Qarabağ”a rəqib olmaq istəməz”
- Laurentsiu Regekampf: “Eyni səviyyəni qoruyub saxlamalıyıq”
- Qurban Qurbanov: "Klubun böyüməsi üçün çox önəmli oyun idi"
- Əzəli rəqiblərin duelinə qollu heç-heçə PROQNOZU