
“Zirə” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, qəsəbə təmsilçisinin hücumçusu Rafael Utziq zədə səbəbindən Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Şamaxı” və Misli Premyer Liqasının 16-cı turunun “Kəpəz”lə qarşılaşmalarını buraxacaq.
Onun müalicəsi yaxşı alınarsa, braziliyalı forvard ikinci dövrənin son iki turunda “Turan-Tovuz” və “Səbail”ə qarşı oynaya biləcək. Qeyd edək ki, XV turun “Sumqayıt”la oyununda zədə aldığı üçün Utziq 27-ci dəqiqədə meydanı tərk edib. Komandanın kapitanı Qismət Əliyev üçün isə il başa çatıb.
Məşqdə zədələnmiş müdafiəçi komandaya bir də gələn il kömək olacaq.
- Oyun alqı-satqısında şübhəli bilinən "Mingəçevir"li futbolçuların taleyi BƏLLİ OLDU
- "Mançester Yunayted"in futbolçusu "Qalatasaray"a doğru
- Danimarkalı futbolçu: "İnanmıram ki, Bakıda saat fərqi bizə təsir etsin"
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - FOTOLENT
- Qurban Qurbanov: “Çexiyaya müdafiədə oturmağa getməyəcəyik”