“Zirə”yə texniki məğlubiyyət
                    
                    11.10.2024 - 13:16
                        
                    
                    Gənclər Liqasının “Zirə” – “Qəbələ” oyununun nəticəsi ləğv olunub.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib.
Buna səbəb Bakı klubunun heyətində adı protokolda qeyd edilməyən 45 nömrəli futbolçunun meydana daxil olmasıdır. AFFA “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verib.
Qeyd edək ki, paytaxt təmsilçisi ev oyununda 3:2 hesablı qələbə qazanmışdı.
                                
                                0
                                
                                0