ABL: “Neftçi” “Şəki”yə qalib gəlib
17.12.2025 - 22:55
ABL: “Neftçi” “Şəki”yə qalib gəlib

Azərbaycan Basketbol Liqasında VII turdan təxirə salınmış matç keçirilib.

Apasport.az xəbər verir ki, A qrupunun görüşündə "Neftçi" səfərdə "Şəki" ilə üz-üzə gəlib.

Oyun Şəki Olimpiya İdman Kompleksində baş tutub.

Görüş "ağ-qaralar"ın 84:67 hesablı qələbəsi ilə başa çatıb.