ABL: Pley-off mərhələsi başlayır
17.04.2025 - 09:54
ABL: Pley-off mərhələsi başlayır

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start veriləcək.

Apasport.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutacaq.

"Şəki" doğma meydanda "Gəncə" ilə üz-üzə gələcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunlarına aprelin 19-da yekun vurulacaq.