Avropa Kuboku: Millimizin rəqibləri açıqlandı
31.01.2025 - 12:44

Azərbaycanın 3x3 basketbol millilərinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri bəlli olub.
Apasport.az xəbər verir ki, kişilərdən ibarət komanda İrlandiya, Kosovo, Kipr, Albaniya və Malta, qadınlar isə İrlandiya, Kosovo, Kipr, Malta kollektivləri ilə üz-üzə gələcək.
Qarşılaşmalar iyunun 7-8-də Kosovonun paytaxtı Priştinada gerçəkləşəcək.
Qeyd edək ki, həm kişi, həm də qadın kateqoriyasında yalnız təsnifat mərhələsinin qalibi Avropa Kubokunun 2025-ci ildə baş tutacaq əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.
- Qurban Qurbanov: “Elə gün idi ki, həyatımı verməyə hazır idim”
- "Neftçi”nin baş məşqçisi: "Son oyunlarımız istədiyimiz kimi alınmadı"
- “Aston Villa” 67 milyonluq təklifi rədd etdi
- Kişilərdən ibarət basketbol millimiz məğlub olub
- Avrokuboklarda ən çox oyun keçirən məşqçilər: Qurban Qurbanov ilk sıralarda
0
0