Azərbaycan millisinin mövqeyi dəyişməyib
12.08.2024 - 14:58
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.
Azərbaycan millisi dünyada 14-cüdür. Yığmamızın hesabında 252,508 xal var. Komandamız son reytinqlə müqayisədə 5,356 xal itirsə də, mövqeyini qoruyub.
Qeyd edək ki, cədvələ Kanada başçılıq edir – 568,520. Niderland (469,166) ikinci, Fransa (448,052) üçüncüdür.
- Lehman zəncirlə qonşunun qarajına girib, polisləri təhqir edib...
- Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
- Qurban Qurbanov: "Ən azından çalışacağıq ki, azarkeşlərimiz oyundan razı qalsınlar"
- Daha bir cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
- “Fənərbaxça” və “Milan”a "yox" dedi, Səudiyyə Ərəbistanında çıxış edəcək
0
0