Azərbaycanın basketbol millisi Belarusa yollanıb
11.06.2025 - 11:03
18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskə yola düşüb.
Apasport.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv burada təlim-məşq toplanışı keçəcək.
Komanda toplanışda taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcək. Hazırlıq prosesinə iyunun 19-da yekun vurulacaq.
Qeyd edək ki, Minsk təlim-məşq toplanışında əsas məqsəd iyulun 4-13-ü aralığında Litavın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaqdır.
- Şəhid ailələri və qazilər "Formula 1"i tribunalardan izləyirlər
- "Neftçi" 2 milli oyunçunu heyətinə qatmaq istəyir
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- Bakıda təşkil olunacaq "Böyük dəbilqə"nin tarixi bəlli olub
- Sane "Bavariya"dakı gələcəyindən danışıb
0
0