Sabah Slovakiyanın paytaxtı Bratislavada start götürəcək FIBA U-20 Avropa Çempionatının B divizionunda iştirak edəcək Azərbaycanın oğlanlardan ibarət basketbol millisinin heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, yığmamız turnirdə A qrupunda mübarizə aparacaq.
Komandamız qrup mərhələsində İsveç, Slovakiya, İrlandiya və Şimali Makedoniya seçmələri ilə qarşılaşacaq.
10–19 iyul tarixlərində Bratislavada keçiriləcək yarışda Azərbaycan millisinin heyətində İsmayıl Abdullayev, Maqsud Hümmətov, Emmanuel Aqbason, Murad Babayev, Məhəmməd Hüseynli, Rəsul Məmmədzadə, Tariel Yusifzadə, Ramazan Qarayev, ƏliKamran Məmmədov, Arda Cevahir Rustem, Derin Berköz və Hüseyn Məmmədov yer alıb.
- Azərbaycan Prezidenti: “Bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır”
- "Kəpəz"in futbolçusu: “Qarabağ”la matça çox yaxşı hazırlaşırıq"
- "Tottenhem" İngiltərə millisinin hücumçusunu heyətinə qatmaq istəyir
- Gözlənilən oldu - Qattuzo istefa verdi
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir