Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün daha bir oyun keçiriləcək.
Apasport.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Xırdalan" və "Sabah" arasında ikinci oyun baş tutacaq.
Görüşün start fiti saat 19.30-da səslənəcək. Komandaların ilk görüşü "Sabah"ın 101:85 hesablı qələbəsi ilə başa çatıb. "Xırdalan" qələbə qazanacağı təqdirdə, mayın 13-də üçüncü görüş olacaq.
Qeyd edək ki, yarımfinalın digər cütündə "NTD-İndiqo" ilə "Xəzri" komandaları qarşılaşıb. Mayın 8-də "Sərhədçi" İdman Mərkəzində baş tutan matçda ikincilər 63:61 hesablı qələbə qazanıb. Bu komandalar arasında ikinci oyun sabah gerçəkləşəcək.
- Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə master klass başa çatıb
- Mark Tamaş: "İlk oyunu səbirsizliklə gözləyirəm" - VİDEO
- “Qalatasaray” Salahla maraqlanır
- Ronaldonun müqaviləsinin detalları: 2 villa, 2 zirehli avtomobil, qola 200 min avro...
- Daha bir futbolçu vətəninə qayıtmağı seçib