20 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Avropa çempionatının B divizionunda ikinci matçına çıxıb.
Azərbaycan millisi Rumıniyada təşkil olunan yarışın qrup mərhələsində Böyük Britaniya ilə qarşılaşıb. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız rəqibə ciddi müqavimət göstərə bilməyib. Britaniyalılar 46 top fərqi ilə qalib gəliblər.
Qeyd edək ki, Avropa çempionatının B divizionunu iyulun 21-dək davam edəcək.
U-20-lər (oğlanlar) arasında Avropa çempionatı
B divizionu, B qrupu
II tur, 13 iyul
16:30. Azərbaycan – Böyük Britaniya - 51:97 (14:31, 16:18, 16:27, 5:21)
Piteşti İdman Zalı
- "Mingəçevir reqatası-2024”ün bağlanış mərasimi keçirilib
- "Təhlükəsiz idman hamı üçün" mövzusunda keçirilən seminara yekun vurulub
- Boksçumuz Avropa Oyunlarında erməni rəqibinə qalib gəldi - FOTOLENT
- “Barselona”da yeni müdafiəçi
- "Kəpəz"in qolkiperi: “Qismət Alıyevin zərbəsini xilas etmək çox çətin idi” - MÜSAHİBƏ