Basketbolçularımız qələbəyə imza atıblar
21.07.2024 - 22:10
18 yaşadək basketbolçu oğlanlardan ibarət millimiz Türkiyənin İstanbul şəhərində Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışını yekunlaşdırıb.
Apasport.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Qətər U-18 millisi ilə son yoxlama oyununu keçirib. Görüş yığmamızın 59-55 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz ilk yoxlama matçında küveytli həmkarlarına məğlub olublar (46:58).
Qeyd edək ki, Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi U-18 millimiz, sabah Albaniyaya yola düşəcək.
- “Barselona” Fatinin müqaviləsindəki detalları dəyişmək istəyir
- Ferstappen birinci, “Red Bull” çempion oldu
- AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
- Fərid Qayıbov: "İnanıram ki, növbəti Olimpiya Oyunlarında lisenziyalarımızın sayı artacaq"
- "Olimpiakos"un baş məşqçisi: "Uduzanda peşman olursan"
0
0