Basketbolçularımızın Dünya Qadın Seriyasındakı ilk rəqibləri bəlli olub
09.09.2025 - 13:16
Basketbolçularımızın Dünya Qadın Seriyasındakı ilk rəqibləri bəlli olub

Azərbaycanın 3x3 qadın basketbol millisinin Dünya Qadın Seriyasının final mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Apasport.az xəbər verir ki, turnirdə Niderland, Kanada, “CS Rapid”, İspaniya, “Ulaanbaatar Amazons”, Latviya, Azərbaycan və “Şanxay Redvinqs” komandaları mübarizə aparacaq.

Final mərhələsində ilk dəfə iştirak edəcək Azərbaycan yığması B qrupunda yarışacaq. Millimiz sentyabrın 13-də aşağıdakı oyunlara çıxacaq:

11:25. Azərbaycan – Kanada
13:25. Azərbaycan – Latviya
16:55. Azərbaycan – “CS Rapid”

Qeyd edək ki, Dünya Qadın Seriyasının final mərhələsi sentyabrın 13–14-də Şanxayda keçiriləcək.