“Şəki”nin baş məşqçisi Bedri Meriç “Lənkəran”la matç barədə fikirlərini bildirib.
Apasport.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlama verib.
"Biz bu qələbəni zədələnən və mövsümü erkən başa vuran kapitanımız Kris Bartona həsr edirik. O, ötən tur "Gəncə" ilə matçda zədələndi və təəssüf ki, aramızdan ayrıldı. Onun yoxluğunda "Lənkəran"la matçda problemlə üzləşəcəyimizi gözləyirdim. Ancaq oyunçularım bu gün möhtəşəm çıxış etdi. Xüsusən, müdafiədə yaxşı oynadıq. Yaxşı müdafiə olunub, fərqi artırdıq".
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının V turunda "Şəki" autsayder "Lənkəran"ı 89:64 hesabı ilə məğlub edib.
- Mərc oyunları qalmaqalı: "Qalatasaray"ın həkimi, "Fənər"in tərcüməçisi...
- İspaniya Avropa çempionu oldu - YENİLƏNİB
- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- İdman direktoruna 300 minlik hədə
- Slavko Georgiyevski: “Bir gün “Neftçi”nin baş məşqçisi olacağıma inanıram” - MÜSAHİBƏ